AZ

Tanınmış alman journalist Mahirin sirrini yaydı: "Bunu burada bilmirlər”

İdman jurnalisti Niko Celev millimizin və "Nürnberq"in futbolçusu Mahir Emreli haqda danışıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı həmkarımız hücumçunun vaxtilə Mədətov soyadını daşımasıyla bağlı məlumatı bölüşüb:

"Bunu Almaniyada bilmirlər, amma Mahirin kiçik sirri var. Azərbaycanlı ilk qollarını Mədətov soyadıyla vurub.

Emreli onun anasının soyadıdır. O, 2019-cu ildə atasının başqa qadınla ailə həyatı qurmağa hazırlaşmasına etiraz əlaməti kimi soyadını dəyişməyə qərar verib.

Qeyri-adi, amma qanuni dəyişiklik... Mahir isə çox yaxşıdı. Adı nə olur-olsun".

Seçilən
8
sportinfo.az

1Mənbələr