AZ

İrəvandan indi də “təhqir oyunu”: Azərbaycan səfiri erməni səfirə nə deyib?

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqovun Ermənistanın həmin ölkədəki səfiri Tiqran Balayanı təhqir və təhid etdiyini iddia edib. 

“Cebheinfo.az” xəbər verir ki, o, noyabrın 5-də Milli Assambleyada jurnalistlərlə söhbətində bu barədə danışıb.

“Bəli, qəbul zamanı təhqir və təhdidlər oldu, biz bunu Belçika tərəfinə bildirdik, həmçinin Aİ-yə bəyanat verdik”.

Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır.

“Hələlik heç bir reaksiya yoxdur”, - deyə xarici işlər nazirinin müavini qeyd edib.

Bundan əvvəl erməni tərəf Tiqran Balayanın Azərbaycanın səfiri Vaqif Sadıqov tərəfindən “şifahi hücuma və hədə-qorxuya” məruz qaldığını iddia edib.

Seçilən
25
cebheinfo.az

1Mənbələr