AZ

İsveçli ətraf mühit fəalı Qreta Tunberq də Tiflisdəki etiraz mitinqinə qatılıb

Gürcüstan müxalifətinin bazar ertəsi Tbilisinin mərkəzində  parlament seçkilərinin nəticələrinə qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib.Bu barədə BBC müxbirləri xəbər verir.

Mitinqdə İsveçli ətraf mühit fəalı Qreta Tunberq də mitinqdə görüntülənib. O, etirazçılara qoşularaq onlara dəstək olduğunu bəyan edib. Rustaveli prospektində avtomobillərin hərəkəti kəsilib. Etirazçılar Vağzal meydanına toplaşaraq oradan Gürcüstanda siyasi etirazların əsas arenası olan parlament binasına doğru yürüş ediblər. Etirazçılar əllərində “Oyan Gürcüstan” plakatları, həmçinin Gürcüstan, Aİ və Ukrayna bayraqları tutublar.

“Bu, ən vacib gündür. Biz yeni seçkilərin keçirilməsini tələb edirik və  “Gürcü arzusu”nun seçkiləri oğurlaması ilə barışmayacağıq”, deyə “Birlik-Milli Hərəkat” müxalifət birliyinin liderlərindən biri Giorgi Vaşadze aksiya ərəfəsində jurnalistlərə bildirib. Vaşadzenin sözlərinə görə, müxalifət əvvəlcə Tbilisidə, sonra isə bütün Gürcüstanda “müqavimət cəbhəsi” açmağı planlaşdırır.

Fəallar həmçinin müstəqil beynəlxalq araşdırma üçün seçki pozuntularına dair sübutların toplanmasına davam etməyi planlaşdırırlar.

“Biz ilk növbədə yeni seçkilərin təyin edilməsini tələb edirik. İkincisi, biz oğurlanmış seçkiləri, parlamentin legitimliyini tanımırıq. Üçüncüsü, biz müqavimət hərəkatına başlamışıq və əvvəlcə Tiflisdə, sonra isə bütün Gürcüstanda müqavimət cəbhəsi açırıq. Hər bir sonrakı etiraz daha da kəskin olacaq və konkret məqsədə yönələcək”, deyə Vaşadze bildirib.

“Bizim əsas şüarımız: “Biz yeni seçkilər tələb edirik”” deyə o, bir neçə dəfə təkrarlayıb.

Ülviyyə, Hurriyyet.az

Seçilən
108
46
hurriyyet.az

10Mənbələr