Bakı.Trend:
Azərbaycanın iqlim dəyişikliyi mövzusunda DiniLiderlərin Qlobal Sammitinə ev sahibliyi etməsi çox böyük əhəmiyyətdaşıyır.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən DiniLiderlərin Qlobal Sammitində Böyük Millət Məclisinin (TBMM)deputatı Şamil Ayrım deyib.
O bildirib ki, ərazi bütövlüyünü təmin etdiyi birzamanda bu daha da önəm daşıyır.
“Dinlərdə ekologiyanı qorumaq vacib məsələ kimi təbliğolunur. Din iqlim dəyişikliyi ilə mübarizədə güclü rol oynayabiləcək amillərdən biridir”, - deyə deputat qeyd edib.