AZ

Azərbaycan Türkiyədən xalça idxalını bir qədər artırıb

Bakı. Trend:

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin Azərbaycanaxalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9faiz artaraq, 8 milyon 657 min dollara bərabər olub.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Azərbaycana 1 milyon 472 mindollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilinoktyabr ayı ilə müqayisədə 19,2 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyəninxalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9faiz artaraq, 2 milyard 360 milyon 731 min dollara bərabərolub.

“Bu ilin oktyabr ayında Türkiyə 274 milyon 570 min dollarməbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabrayı ilə müqayisədə heç dəyişməyib.” – deyə nazirlikdənbildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024)Türkiyə 2 milyard 883 milyon 39 min dollar məbləğində xalçaməhsulları ixrac edib.

Seçilən
9
3
az.trend.az

10Mənbələr