AZ

Almaniya kansleri Bakıya gəlir – İLK DƏFƏ

Almaniya kansleri Olaf Şolts Azərbaycana səfər edəcək.

 

Hokm.az “Euronews” nəşrinə istinadən xəbər verir ki, o, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirak edəcək.

Səfərin gələn həftə baş tutacağı qeyd olunur. Bu, Şoltsun kansler seçilməsindən sonra Bakıya ilk səfəri olacaq.

 

Xatırladaq ki, artıq 100-dən çox dövlət və hökumət başçısı Azərbaycanda keçiriləcək tədbirdə iştirak edəcəklərini təsdiqləyib.

 

Qeyd edək ki, COP-29 konfransı noyabrın 11-22-də, liderlər sammiti isə noyabrın 11-13-də keçiriləcək.

Seçilən
7
30
hokm.az

10Mənbələr