AZ

4300-dən çox insan Livandan Suriyaya keçib - ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Suriyada Müxalif Tərəflərin Barışıq Mərkəzinin (Rusiya Müdafiə Nazirliyinin bölməsi) rəis müavini Oleq İqnasyuk bildirib ki, son 24 saat ərzində 4300-dən çox insan Livandan Suriya ərazisinə daxil olub.

Son sutka ərzində 4315 nəfər Əl-Arida, Əl-Cəvasiyə, Əl-Dabousiyah, Cisr Qamar və Cdaidet Yabous keçid məntəqələri vasitəsilə Livandan Suriya sərhədini keçib.

O, həmçinin bildirib ki, Rusiya barışıq mərkəzi əl-Həssəka əyalətinin Tell-Avda qəsəbəsində bir humanitar əməliyyat keçirib və onun sakinləri arasında 2,9 ton ərzaq paylayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
63
9
olaylar.az

10Mənbələr