AZ

COP29 çərçivəsində çay təminatını “Azerçay” həyata keçirəcək

Yaxın günlərdə Bakıda keçiriləcək COP29-da iştirak edən əsas markalardan biri də doğma çay markası “Azerçay”dır.

Bu barədə məlumat verən “Doğma çay” markasının marketinq müdiri Tərlan Lətifov qeyd edib ki, COP29 günlərində Mavi Zonada yerləşən Azərbaycan pavilyonun və Yaşıl Zonada bütün qonaqların çay təminatını bu milli markamız həyata keçirəcək. Eyni zamanda ölkəmizdə qonaq olan şəxslərə “Azerçay” tərəfindən hədiyyələr təqdim edilərək ölkəmizin çay mədəniyyəti haqqında məlumat veriləcək.

Azərbaycanın çay mədəniyyətinin qorunmasında və ölkəmizdə çayçılığın inkişafında müstəsna rolu olan “Azerçay” daim yerli və beynəlxalq layihələrə dəstək olur.

Qeyd edək ki, “Azerçay” ötən il Dubayda keçirilmiş COP28-də Azərbaycan Pavilyonunu ziyarət edən qonaqları da çayla təmin edib.

"Cebheinfo.az"

Seçilən
12
24
cebheinfo.az

10Mənbələr