Bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik olub.
APA xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.
5 saylı Babək-Naxçıvan-Culfa saylı seçki dairəsinin həlledici səs hüquqlu üzvü vəfat etdiyi üçün onun yerinə Cahangir Seyidovun təyin edilməsi təklif edilib.
21 saylı Nəsimi-Binəqədi seçki dairəsinə həlledici səs hüquqlu üzv kimi Akif Abbasovun namizədliyi irəli sürülüb.
Rövşən Vəliyevin 41 saylı Gəncə-Samux- Goranboy seçki dairəsinə, Cavid Binnətovun isə 83 saylı Beyləqan seçki dairəsinə üzv seçilməsi təklif edilib.
Qeyd olunan qərarlar səsə qoyularaq qəbul edilib.