AZ

AzTU-da Cop-29: "İqlim Dəyişiklikləri Qlobal Təhlükənin Mənbəyidir" mövzusunda konfrans keçirilib

Azərbaycan Texniki Universitetində Cop-29: "İqlim Dəyişiklikləri Qlobal Təhlükənin Mənbəyidir" mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Bu anlar konfransa dərin və ciddi bir məna qataraq, iştirakçıların milli dəyərlərə bağlılığını ifadə edib.

“İki sahil” xəbər verir ki, konfransda çıxış edən ATİAHİ sədrinin müavini Mirzə Cəfərzadə, Cop-29-un əhəmiyyətini və iqlim dəyişikliyinin yaratdığı təhdidlərin qlobal təhlükəsizlik üçün önəmini əhatəli şəkildə izah edib. O, iqlim dəyişikliklərinin təkcə ətraf mühiti deyil, həm də sosial, iqtisadi və siyasi aspektlərdə təhlükəsizlik məsələlərinə necə təsir etdiyini vurğulayıb.

Tədbirdə Elm və Təhsil Nazirliyinə tabe olan bir sıra aparıcı elmi müəssisələrin, o cümlədən Coğrafiya İnstitutunun, Radiyasiya Problemləri İnstitutunun, Zoologiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nümayəndələri də iştirak ediblər. Onlar konfransda iqlim dəyişikliyi ilə bağlı öz sahələrinə aid dərin məzmunlu məruzələrlə çıxış edərək, bu qlobal problemin Azərbaycanda və beynəlxalq miqyasda mümkün təsirlərini müzakirə ediblər.

Seçilən
54
ikisahil.az

1Mənbələr