Hindistanın baş naziri Narendra Modi respublikaçı Donald Trampla söhbət edib və onu ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Bu barədə o, X sosial şəbəkəsində yazıb.
“Dostum, prezident Donald Trampla gözəl söhbət etdim və onu təsirli qələbəsi münasibətilə təbrik etdim”, – yazıda deyilir.
Modi əlavə edib ki, müxtəlif sahələrdə Hindistan-ABŞ əlaqələrini gücləndirmək üçün sıx əməkdaşlığın davam etdiriləcəyini gözləyir.
Qeyd edək ki, bir qədər əvvəl Belarus lideri Aleksandr Lukaşenko Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
DOĞRU.AZ