Bakı. Trend:
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Meksika İqlimTəşəbbüsü tərəfindən təşkil edilən “İqlim fəaliyyəti üçün PreCOP29görüşü” adlı tədbirdə ölkəmizin COP29-a ev sahibliyi mövzusu iləməruzəçi kimi çıxış edib.
Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumatagörə, öz çıxışında səfir ölkəmizin bir neçə gün sonra baş tutacaqBMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası - COP29 kimi mötəbər tədbirə ev sahibiseçilməsini məmnunluqla xatırladıb. Bunun bəşəriyyətin ən mühümproblemlərdən biri olan iqlim dəyişikliyi ilə bağlı milli, regionalvə qlobal səviyyədə mübarizə səylərində Azərbaycanın liderliyininbariz nümunəsi olduğunu bildirib.
Azərbaycan yaşıl inkişafı əsas inkişaf prioritetinə çevirdiyinibildirən diplomat cari ilin “Yaşıl Dünya üçün Həmrəylik İli” elanedildiyini, bu gün Azərbaycanın yaşıl enerjiyə keçiddə regionallider olduğunu, son illərdə ölkə daxilində yaşıl layihələrəüstünlük verildiyini, azad edilmiş ərazilərdə ağıllı şəhərlər vəkəndlər yaradılması istiqamətində böyük işlər görüldüyünü, Qarabağvə Şərqi Zəngəzur iqtisadi zonalarının, habelə Naxçıvan MuxtarRespublikasının 2050-ci ilə qədər xalis sıfır emissiya zonalarıolacağını, 2030-cu ilə qədər isə ölkənin ümumi enerji balansındabərpa olunan enerji üzrə qoyuluş gücü payının ən azı 30 %-əçatdırılacağını vurğulayıb.
Habelə, iqlim dəyişikliyinin nə dərəcədə aktual və vacib məsələolduğunu, iqlim dəyişikliyinin heç bir sərhəd tanımadığını, bütünölkələrə təsir göstərdiyini xatırladaraq bu qlobal problemineffektiv həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyindən sözaçıb. COP29 sədrliyi çərçivəsində ölkəmiz tərəfindən irəli sürülənbir sıra təşəbbüslərdən bəhs edən səfir, bu təşəbbüslərin əsasməqsədinin iqlim fəaliyyətini irəlilətmək, maraqlı tərəflərin fəaliştirakını təşviq etmək və iqlim dəyişikliklərinə qarşı mübarizəilə bağlı ambisiyaları artırmaq, bu mövzu üzrə fəaliyyətə təkanvermək olduğunu vurğulayıb. Bu xüsusda həm hökumət, həm dəqeyri-hökumət təşkilatlarını COP29 sədrliyi tərəfindən irəlisürülmüş bu qlobal təşəbbüslərə qoşulmağa çağırış edib.