“Neftçi” Misli Premyer Liqasının 13-cü turunun “Şamaxı” ilə matçının hazırlığını başa vurub.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
Komanda “Şamaxı” ilə matça ciddi itkilərlə çıxacaq. Mustafa Sek, Azər Salahlı, Alfa Konte, Andre Şinyaşiki və Filip Ozobiç zədə səbəbindən, Emil Səfərov isə cəzalı olduğu üçün sabah meydana çıxa bilməyəcəklər. Rəhman Hacıyevin oynaması isə sual altındadır.
Qeyd edək ki, noyabrın 8-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Şamaxı” matçı saat 15:00-da başlanacaq.
"Ağdaş"ın baş məşqçisinə sərt cəza
Arif Əsədov: "Qarabağ" belə vəziyyətlərdən çıxmağı bacarır"
“Qarabağ” Norveç səfərində - YENİLƏNİR
Rəşad Sadıqov: “Bunun səbəbini araşdıracağıq”
Elmar Baxşıyev: “Bizim öz dəst-xəttimiz var”