AZ

"Audi" minlərlə iş yerini ixtisar etməyi planlaşdırır - Şirkətin gəlirlərində kəskin azalma

Alman avtomobil istehsalçısı "Audi" orta müddətli perspektivdə qeyri-istehsal sahələrindəki iş yerlərini azaltmaq niyyətindədir və minlərlə iş yerinin təhlükə altında olduğu bildirilir. 

Valyuta.Az xəbər verir ki, bu barədə cümə axşamı "Manager Magazin" məlumat yayıb.

Məlumatda qeyd olunub ki, şirkətin ixtisarlara getmə istəyi bu sahədə 2,000-dən çox iş yerinin ləğv olunmağına gətirib çıxaracaq.

Hesabata görə, şirkət ümumilikdə işçi qüvvəsini təxminən 15% azaltmağı hədəfləyir. Yalnız Almaniyada bu dəyişiklik 4500 iş yerinə təsir edəcək.

"Məşəqqətli dövr" keçirən "Volkswagen" şirkətinin törəməsi olan "Audi" bu xəbəri "Reuters" agentliyinə təsdiqləyərək, idarə heyətinin hazırda işçi nümayəndələri ilə danışıqlar apardığını bildirsə də, konkret olaraq ixtisar ediləcək iş yerlərinin sayına dair şərh verməyib.

Qeyd edək ki, "Audi"nin mənfəəti üçüncü rübdə kəskin şəkildə azalıb ki, bu da qismən Brüsseldəki zavodunun bağlanma ehtimalına görə yüksək xərclərlə əlaqədardır.

Rəhim

Seçilən
12
valyuta.az

1Mənbələr