“Neftçi” Azərbaycan Premyer Liqasının 13-cü turunda qarşılaşacağı “Şamaxı” klubu ilə matçın hazırlığını başa vurub.
Fanat.Az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
Bakılılar “Şamaxı” ilə matça ciddi itkilərlə çıxacaq. Mustafa Sek, Azər Salahlı, Alfa Konte, Andre Şinyaşiki və Filip Ozobiç zədə səbəbindən, Emil Səfərov isə cəzalı olduğu üçün sabah meydana çıxa bilməyəcəklər. Rəhman Hacıyevin oynaması isə sual altındadır.
Noyabrın 8-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Şamaxı” matçı saat 15:00-da başlanacaq.