AZ

Yeni dələduzluq növü - Polisdən XƏBƏRDARLIQ

Son günlər yeni dələduzluq növünün yayıldığı bildirilir.

Oxu.Az xəbər verir ki, vətəndaşlara telefonla zəng olunaraq, "peyvənd olunmusunuzsa, 1 düyməsini seçin", - deyə xahiş edilir.

İddialara görə, telefon dərhal bloklanır.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, saxta bildirişdir, hər hansı inzibati əsası yoxdur:

"Ümumiyyətlə belə hal yoxdur, polisə hər hansı məlumat daxil olmayıb. Tövsiyə edirik ki, bu kimi saxta bildirişlər oxunmadan bloklanmalıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
65
16
milli.az

10Mənbələr