UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda daha 17 görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz “Qarabağ” səfərdə Norveçin “Budyo Qlimt” klubu ilə qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Həmçinin “Qalatasaray” İngiltərə təmsilçsi “Tottenhem”i qəbul edib. Oyun Türkiyə klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Avropa Liqası
Liqa mərhələsi
IV tur
7 noyabr
“Budyo Qlimt” (Norveç) – “Qarabağ” (Azərbaycan) 1-2
“Ayntraxt” (Frankfurt, Almaniya) – “Slaviya” (Çexiya) 1-0
“Elfsborq” (İsveç) – “Braqa” (Portuqaliya) 1-1
FKSB (Rumıniya) – “Midtyullann” (Danimarka) 2-0
“Qalatasaray" (Türkiyə) – “Tottenhem" (İngiltərə) 3-2
“Ludoqorets" (Bolqarıstan) – “Atletik" (İspaniya) 1-2
“Nitsa” (Fransa) – “Tvente” (Niderland) 2-2
“Olimpiakos” (Yunanıstan) – “Reyncers” (Şotlandiya) 1-1
“Yunion” (Belçika) – “Roma” (İtaliya) 1-1
“Ayaks” (Niderland) – “Makkabi” (Təl–Əviv, İsrail) 5-0
AZ (Niderland) – “Fənərbağça” (Türkiyə) 3-1
“Dinamo” (Kiyev, Ukrayna) – “Ferentsvaroş” (Macarıstan) 0-4
“Hoffenhaym” (Almaniya) – “Lion” (Fransa) 1-1
“Latsio” (İtaliya) – “Portu” (Portuqaliya) 1-1
“Mançester Yunayted” (İngiltərə) – PAOK (Yunanıstan) 2-0
“Viktoriya” (Plzen, Çexiya) – “Real Soseydad” (İspaniya) 2-1
RFS (Latviya) – “Anderlext” (Belçika) 0-1
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsində V tura noyabrın 28-də start veriləcək.