8 Noyabr - üçrəngli Azərbaycan bayrağının azad Qarabağın ən uca zirvələrində dalğalandığı gündür.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Qardaş Azərbaycan xalqını 8 Noyabr - Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, bu şanlı qələbədə şəhid olan bütün qəhrəmanlara uca Allahdan rəhmət diləyir, yaxınlarına və döyüş yoldaşlarına başsağlığı verir, veteranlara cansağlığı, uzun və sağlam ömür arzulayıram", - diplomat qeyd edib.
Bu gün 44 günlük vətən müharibəsinin şanlı qələbə ilə taclandığı gündür.
— Cahit Bağcı (@cahitbagci) November 8, 2024
Bu gün üçrəngli bayrağın azad Qarabağın ən uca zirvələrində dalğalandığı gündür.
Bu gün minarələrdən yüksələn “Allahu Əkbər” sədalarının azad Qarabağda əks-səda verdiyi gündür.
Qardaş Azərbaycan xalqını… pic.twitter.com/Pdp8sEjAZS