AZ

Paşinyanı şəxsən Bakıya getməyə ÇAĞIRDI

Ermənistanda etiraz aksiyalarına rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan baş nazir Nikol Paşinyana çağırış edib.

Bakıvaxtı.az xəbər verir ki, Qalstanyanın sözlərinə görə, Paşinyan şəxsən Bakıya getməli və Azərbaycan Prezidenti ilə ikitərəfli danışıqlar formatından istifadə edərək erməni əsirlər məsələsini müzakirə etməldir.

Noyabrın 11-dən 22-dək Azərbaycanın paytaxtında BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP 29) keçiriləcək və orada iştirak etmək üçün Ermənistanın baş nazirinə rəsmi dəvət göndərilib.

Ermənistan rəsmiləri Bakıya gedib-getməməklə bağlı ziddiyyətli şərhlər verir, tədbirdə iştirakla bağlı yekun qərarın olmadığını bildirilər.

Seçilən
17
4
bakivaxti.az

10Mənbələr