AZ

İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi..

Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdır.

News365.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının (QAİ) Dövlət Bayrağı Günü ilə bağlı yaydığı bəyanatda yer alıb.

Bəyanatda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında müqəddəs milli rəmz kimi Dövlət bayrağının təbliği yolunda sistemli addımlar atılıb və atılmaqdadır:

"Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət başçısının 2007-ci ildə imzaladığı Sərəncama uyğun olaraq, 2010-cu ildə açılmış Dövlət Bayrağı Meydanı və orada yaradılan Dövlət Bayrağı Muzeyi milli rəmzlərimizin təbliğ olunmasında xüsusi yer tutur. Təkcə bir simvol deyil, xalqımızın azadlıq, birlik və iradəsini əks etdirən müqəddəs bir dəyər kimi üçrəngli bayrağımıza xalqımızın ehtiramı ən yüksək səviyyədədir".

Bildirilib ki, dövlət bayrağına ehtiramın ən ali ifadəsi xalqın həmin bayraq altında Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək, ölkənin ərazi bütövlüyünü bərpa etməsi olub:

Xatırladaq ki, cənab Prezidentimiz 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılışında etdiyi tarixi çıxışında bildirmişdi:

“Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır.” Artıq Dövlət bayrağımız Şuşa, Xocalı, Xankəndi daxil olmaqla, ölkəmizin hər bir guşəsində məğrurluqla dalğalanır.
Ölkə rəhbəri Dövlət Bayrağı Meydanında aparılmış yenidənqurma və bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlamış meydanı ziyarət etmiş və oradakı Dövlət Bayrağı Muzeyində Azərbaycanın tarixi bayraqlarına, o cümlədən, İrəvan xanlığının bayrağına ehtiramla baxış keçirmişdir.

Qərbi Azərbaycan İcması olaraq, sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış hüququmuza verdiyi birmənalı dəstəyə və Azərbaycan xalqının tarixi simvollarına göstərdiyi ehtirama görə Prezident İlham Əliyevə dərindən təşəkkür edirik".

Seçilən
41
34
news365.az

10Mənbələr