AZ

Elektron siqaretlərin ən təhlükəli növü açıqlanıb

Bakı,TurkicWorld

Meyvə ətirli, xüsusən də böyürtkən ətirli elektron siqaretlərin ağciyərlərə ciddi zərər verdiyi müəyyən edilib.

TurkicWorld xəbər verir ki, Kanadadakı McGill Universitetinin tədqiqatçıları, bu tip ətirli elektron siqaretlərin ağciyərlərin təbii müdafiə sistemini zəiflətməklə yanaşı, bədənin zərərli mikroblara qarşı müqavimətini də azaldığını müəyyən edib.

Bu məhsulların tərkibindəki kimyəvi maddələrin ağciyər hüceyrələrində müdafiə yollarını bağladığı və immun hüceyrələrin hərəkətliliyini dəyişərək ağciyərlərin müdafiəsini zəiflətdiyi bildirilib

Tədqiqatda siçanlar üzərində sınaqdan keçirilən böyürtkən dadlı elektron siqaret buxarlarının, ağciyərin müdafiə hüceyrələri olan alveolyar makrofaqları iflic edərək onların bakteriyalara qarşı müdafiə qabiliyyətinə mane olduğu aşkar edilib.

Bu təsir, siçanların sağ qalma müddətini əhəmiyyətli dərəcədə azaldıb. Tədqiqatçılar, bu zərərli təsirlərə səbəb olan kimyəvi maddələri dəqiq müəyyən etmək üçün sınaq prosesini davam etdirirlər.

McGill Universitetinin dosenti Ajitha Thanabalasuriar bu nəticələrin xüsusi xəbərdarlıq olduğunu bildirərək vurğulayıb ki, bu məhsulların uşaqlara satılması məsələsinə xüsusi diqqət yetirilməlidir.

Tədqiqatçılar, meyvə ətirli elektron siqaretlərin gənclər arasında geniş yayılmasının qarşısını almağın vacibliyini qeyd edirlər, çünki bu cür dadlandırıcıların sağlamlıq üzərində ciddi mənfi təsirləri olduğu artıq elmi olaraq sübut edilib.

Seçilən
46
7
turkic.world

10Mənbələr