AZ

Batumi şəhərinin əsas küçə və meydanları Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Acarıstan Muxtar Respublikasının Batumi şəhərinin əsas küçə və meydanları Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycanın üçrəngli bayrağının rəngləri ilə işıqlandırılıb.

Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə şəhərin Əlifba qülləsi, Mərkəzi idman stadionu, Qəhrəmanlar xiyabanı və yaxınlıqdakı körpü axşam saatlarında Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bu mənzərə Batumi sakinləri və şəhərin qonaqları tərəfindən maraqla qarşılanıb.

Konsulluğun əməkdaşları, Azərbaycan şirkətlərinin nümayəndələri, azərbaycanlı tələbələr və soydaşlarımız bayramı geniş sevinclə qeyd ediblər(azərtac).

Seçilən
21
2
azpost.info

3Mənbələr