Bakı. Trend:
Prime Cotton, Azərbaycanın pambıq sənayesində yeni ad:MKT İstehsalat Kommersiya artıq Prime Cotton olaraq fəaliyyətgöstərəcək
Azərbaycanın pambıq sənayesində aparıcı şirkətlərdən biri olanGP Cotton Holdingsin şirkəti olan MKT İstehsalat Kommersiya MMCrebrendinq edərək fəaliyyətini Prime Cotton MMC adı ilə davametdirəcək. Bu addım, şirkətin son illərdə keçirdiyi modernizasiyavə təkmilləşdirmə layihələri nəticəsində güclü korporativ kimlik vəyenilənmiş imic formalaşdırmaq məqsədilə atılıb.
Prime Cotton-un loqosu təbiilik, keyfiyyət vəkorporativ dəyərlərini ifadə edir. Göy pambıq çiçəyi məhsuluntəmizliyini, yaşıl rəng isə ekologiyaya bağlılığı vurğulayır.Dairəvi elementlər əməkdaşlıq və dəqiqliyi əks etdirir. Ralewayfontunun sadəliyi və müasirliyi brendin etibarlılığını göstərir.Simmetrik dizayn isə təbiətə və insana hörməti ifadə edir. Loqo,Prime Cotton-un keyfiyyət və davamlı inkişafa bağlılığınıvizuallaşdırır.
Gələn il pambıq sənayesində 30 illik fəaliyyətini qeyd edəcəkşirkət, uğurlu fəaliyyəti nəticəsində genişlənərək, ölkəninpambıqçılıqla məşğul olan 20 rayonundan 15-də fəaliyyət göstərir.Prime Cotton hazırda Azərbaycanda ən geniş əraziyə malik pambıqistehsalçısıdır. Uğurlu strategiyası sayəsində müəssisə son illərdəqeyri-neft sektorunda ən çox ixrac edən 10 şirkətdən biri olub və2024-cü ilin ilk 9 ayında ixrac liderliyinin zirvəsindəqərarlaşıb.
Prime Cotton MMC, pambıqçılıqda əvəzsiz təcrübəsi, eləcə dədayanıqlılıq səyləri nəticəsində COP29 Qlobal Konfransındaiştirak edəcək. Ziyarətçiləri GP Cotton Holdingsininstendinə yaxınlaşıb Prime Cotton şirkətinin pambıqçılıqda tətbiqetdiyi dayanıqlı həllər və innovativ yanaşmalar barədə məlumat əldəedə biləcəklər. Şirkətin İcraçı direktoru Rövşən Mahmudov COP29zamanı 14 noyabrda Yaşıl Zonada təşkil ediləcək “Daha YaxşıPambıq”, 21 noyabrda isə Göy Zonada baş tutacaq “TorpağınSağlamlığı” tədbirlərində çıxış edəcək.
Şirkətin İcraçı direktoru, Rövşən Mahmudovbildirib: “Dayanıqlılıq Prime Cotton-da stratejiməqsədlərimizdəndir və bu istiqamətdə innovativ yanaşmaları tətbiqetməyə davam edəcəyik. COP29, dayanıqlılıqla bağlı təcrübələrimizipaylaşmaq və digər iştirakçılarla fikir mübadiləsi aparma üçünönəmli bir platformadır.”
Prime Cotton, pambıqçılıq üzrə müasir texnologiyalı müəssisələrolan Bakı Tekstil Filialı, Sumqayıt Tekstil Filialı, MingəçevirTekstil Parkı və Şirvan Yağ Emalı Zavodu, həmçinin 11 rayondaPambığın İlkin Emalı filialları və üç rayonda Məntəqə TipliFiliallardan ibarət geniş infrastrukturu əhatə edir. Bundan əlavə,şirkət altı rayonda İnnovasiya Fermer Təsərrüfatı vasitəsilə ənmüasir texnologiya və dayanıqlı pambıqçılıq təcrübələrini tətbiqedir.
İnnovasiya Fermer Təsərrüfatları, yeni pambıqsortlarının məhsuldarlığını və dərmanların təsirini yenitexnologiyaların tətbiqi ilə sınaqdan keçirildiyi xüsusitəsərrüfatlardır. Məqsəd, ən son metodlarla keyfiyyətli məhsulistehsalını artırmaqdır. Bu təsərrüfatlarda beynəlxalq pambıqsortları sınaqdan keçirilir, nəticələr fermerlərləbölüşdürülür.
Yerli və beynəlxalq standartlara uyğun fəaliyyət göstərən şirkətistehsal etdiyi iplik, pambıq yağı və digər məhsulları Türkiyə,Rusiya, MDB, Avropa və Yaxın Şərq ölkələrinə ixrac edir.