Qadın həndbolçulardan ibarət “Qarabağ” klubunun avrokuboklardakı növbəti oyunlarının təyinatları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, Avropa kubokunun 3-cü mərhələsinin “Qaliçanka” ilə görüşlərini Rumıniyadan olan hakimləri idarə edəcəklər.
Hər iki matça İonut Marian Kazan və Qesur Suliman təyinat alıblar. Onların işinə türkiyəli hakim-inspektor Kenan Sivrikaya qiymət verəcək.
Qeyd edək ki, noyabrın 16-da keçiriləcək ilk oyunda Ukrayna təmsilçisi, ertəsi gün “Qarabağ” meydan sahibi olacaq. Hər iki matç Mingəçevirdəki “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta