İtaliyanın Baş naziri Ciorcia Meloni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə İtaliya Nazirlər Şurasının məlumatında bildirilir.
Məlumata görə, Baş nazir Ciorcia Meloninin rəhbərlik edəcəyi İtaliya nümayəndə heyəti noyabrın 13-də Bakıya gedəcək.
Qeyd edək ki, nümayəndə heyətində İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratin və digər rəsmi şəxslərin olması gözlənilir.//Oxu.Az