AZ

KTMT sammiti ilk dəfə Ermənistansız keçirilir

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasına üzv ölkələrin liderləri bir araya gələcəklər. Liderlər 2023-cü ildə görülən işlərin nəticələrini müzakirə edəcəklər.Bu il həm KTMT, həm təşkilata üzv ölkələr, həm də təşkilata rəhbərlik edən Belarus üçün olduqca çətin və gərgin keçdi. Belarusun xarici işlər naziri Sergey Aleynik də bunu etiraf edib.

Budəfəki tədbir həm də ilk dəfə sammitin Ermənistansız keçirilməsi ilə seçilir.

İlboyu Ermənistan rəhbərlərinin dilindən "İrəvan KTMT-dən uzaqlaşmır, təşkilat Ermənistanı tərk edir" fikirləri eşidilirdi. Amma ekspertlər belə hesab edirlər ki, Ermənistan artıq bu bloku de-fakto tərk edib.

İrəvan təlimlərə qatılmadı, ilboyu müxtəlif səviyyələrdə təşkil olunan görüşlərdən imtina edirdi. Bu da azmış kimi Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağırıb. İrəvanın həm Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi Şuraları, həm də KTMT-nin dövlət başçıları səviyyəsində görüşlərdə iştirakdan imtina etməsi təşkilata qarşı açıq demarşdır.

Tural Tağıyev
AzVision.az

Seçilən
575
50
azvision.az

10Mənbələr