AZ

“Rufo Gəncinski” Moskvaya niyə qayıtdı-qan qoxusu...   

  

 Azərbaycanlı “qanuni oğru” Ülfət Tağıyevin (“Rufo Gəncinski”) bir neçə gün əvvəl yenidən Moskvaya qayıtdığı haqda xəbər vermişdik. Öncə onu deyək ki, “Rufo”nun Rusiyanı niyə tərk etməsi barədə informasiyalar ziddiyyətlidir. Musavat.com xəbər verir ki, Rusiya mənbələri onun bu ölkəyə ömürlük giriş qadağası olduğunu iddia edir. İddiaya görə, onun qayıdışını FTX ilə yaxşı münasibətdə olan Rusiyanın   “nömrə 1”  nüfuzlu “qanuni oğru”su Badri Koquaşvili təşkil  edib. Yada salaq ki, bu ilin martında Koquaşvilinin 60 illik yubileyində “Rufo”nun iştirakını da FTX1 ilə razılaşdırma əsasında baş verdiyi deyilirdi.

“Rufo”nun Rusiyanı tərk etməsi ilə bağlı ikinci iddia isə hazırda 1 nömrəli  “qanuni oğru” Zaxari Kalaşovla(“Şakro Molodoy”)  əlaqələndirirlər.          

 İddialara  görə, səhhəti ilə bağlı azadlığa buraxılan  “Şakro Molodoy”  müəyyən məsələlərlə bağlı qərarını əsasən, ən yaxın adamları Zaxar ləqəbli Aleksandr Zaxarov və Martin Babakexyan vasitəsilə çatdırır. Bildirilir ki,  azərbaycanlı “qanuni oğru”  “Rufo Gəncinski”nin Moskvanı tərk etməsi qərarını da məhz  “Şakro” verib. Bildirilirdi ki, “Şakro”nun “Rufo” ilə  bağlı qərarı belə olub ki, “onun seçilmişlərin yanında yeri yoxdur”.  Badri “Rufo”nun köməyi ilə Rusiyadakı Azərbaycan mafiyasına tam nəzarət etmək istəyirmiş. Amma “Şakro Molodoy” hələ “Ded Xasan”ın vaxtında “kriminal generallar” sırasında olan Vaqif Süleymanovun(“Vaqif Bakinski”, “Vaqif Diplomat” kimi tanınır) bu işdə daha etibarlı olacağı qənatinə gəlib. Bu qərardan sonra “Rufo” tələsik Rusiyanı tərk etmək məcburiyyətində qalıb, əks halda ya həbs, ya öldürülə bilərdi. Onun Rusiyanı tərk etdikdən sonra  Misirdə yaşadığı da deyilirdi. 

“Şakro”nun “Rufo” barədə qərarı təsadüfi deyil. 1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olan Rüfət Tağıyev mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin “sağ əli” olub.O, 2012-ci ildə dekabrın 10-da Dubayda “qanuni oğru” adı alıb. 2013-cü ilin yanvarında öldürülən  “Ded Xasan”ın qətli üzrə əsas şübhəli olan Ülfət əzasını ciddi rejimli koloniyada çəkməklə Moskva məhkəməsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O, “Ded Xasan”ın qətlinə görə cinayət yerindən getmək üçün plan hazırladığını özü etiraf edib. Bəllidir ki, “Şakro” “Ded Xasan”ın qohumlarındadır və onun kimi yezidi kürdüdür. “Ded Xasan” öldürüləndə o, İspaniyada həbsdə idi. Azadlığa buraxılandan sonra da onun “tax-tacına” sahib oldu.

“Vaqif Diplomat” ləqəbi ilə tanınan Vaqif Süleymanov da uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində “Azərbaycan mafiyası”nın,  ən tanınmış və nüfuzlu liderlərindən biri  hesab olunur.

O, 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun ya Tiflis, ya da Marneulidə dünyaya gəldiyini yazır. Vaqifin 7-8 yaşı olanda ailəsi Bakıya köçüb və xeyli müddət burada yaşayıb.

Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər. Vaqif Bakinski Rusiyada Ded Xasanın himayəsi altında olub. O, öldürüləndən sonra Vaqif “Şakro Molodoy”un tərəfini tutub.

 Yerli teleqram kanallarının məlumatına görə, “Rufo Gəncinski” Misirdə olarkən öz adamlarını Rusiyanın bütün böyük bazarlarına yerləşdirməyə çalışsa da, onları döyüblər və oradan qovublar. Qayıdandan sonra isə  “Rufo” ona qarşı çıxanları nümayişkaranə şəkildə cəzalandırmaq qərarına gəlib.

İddia olunur ki,  artıq  qisas addımları da reallaşmağa başlayıb. “Qanuni oğru” Namiq Səlifov (öldürülmüş “kriminal general” “Lotu Quli”nin qardaşı) Rufonun ən qatı düşmənidir .  İddialara görə, “Rufo” “Şakro”ya  sübut etməyə çalışır ki, məhz o  Azərbaycan mafioz klanlarının  ən önəmli qüvvəsidir.   

Badri Koquaşvilinin “Rufo”nu “Quli” nin qardaşına qarşı dəstəkləməsi təsadüfi deyil.  Badri Nadir Səlifovun “qanuni oğru” titulundan  məhrum etməyə  cəhd etdikdən sonra tərəflər arasında münasibətlər ləskinləşmişdi.  Badrinin “Quli”ni “qanu  oğru” adından mərhum etmək istəməsi gürcü əsilli Quram Çixladzenin (“Kvejeoeviç”) vurulması ilə bağlı idi.  Quram Çixladze Türkiyədə “Quli” ilə görüşdə vurulub. Ona əl qaldıran isə Nadir Səlifovun yaxın adamı, qazax əsilli Arman Cumagəldiyev (“Dikiy Arman”) olub. Lakin o sonradan Quram Çixladzenin “qanuni oğru” statusu daşımasından xəbərsiz olduğunu bildirib.  

Bu hadisədən sonra Badri Koquaşvili Nadir Səlifovun “qanuni oğru” titulundan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib. Lakin “Quli” və onu dəstəkləyən digər “qanuni oğru” Badri Koquaşvilinin özünü tituldan məhrum ediblər. Səbəb kimi isə onun başqa “qanuni oğrularla” konfliktdə olduğu göstərilib.

Musavat.com

 

Seçilən
18
1
musavat.com

2Mənbələr