AZ

Aktauda Qazaxıstan və Azərbaycan xalqlarının qardaşlığının simvolu olan Dostluq Xiyabanı açıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycan xalqlarının qardaşlığının rəmzi olan Dostluq Xiyabanının təntənəli açılışı olub.
Bu barədə Oxu.Az Aktau şəhərinin icra başçısının ofisinə istinadən xəbər verir.
Məlumata görə, tədbir çərçivəsində 250 ədəd ting əkilib ki, onların sırasında 150 ağac "Qırmızı kitab"a daxil edilib.
Manqistau vilayətinin icra başçısının müavini Abbat Urisbayev qeyd edib ki, mövcud tədbir iki xalq arasında tarixi, mədəni və dostluq əlaqələrini simvolizə edir, həmçinin əməkdaşlıq və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün birgə səylərin vacibliyini nümayiş etdirir.
Təşkilatçıların sözlərinə görə, Dostluq Xiyabanının açılışı ikitərəfli münasibətlərin xüsusi əhəmiyyətini vurğulayan əlamətdar hadisə olub.
"Təzə Qazaxıstan" proqramı çərçivəsində açılan Dostluq Xiyabanı gələcək nəsillər üçün dostluq və əməkdaşlıq rəmzi kimi xidmət edir", - deyə Abbat Urisbayev vurğulayıb.
O, xiyabanın açılışında iştirak edən Aktau Nəbatat Bağının kollektivinə, Azərbaycan diasporuna, azərbaycanlı sahibkarlara, eləcə də tələbələrə minnətdarlığını bildirib.
Seçilən
45
50
oxu.az

10Mənbələr