AZ

Qazaxıstan sahillərində ilk dəfə mindən çox ölü suiti tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Alimlər Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahillərində mindən çox suitinin tələf olma səbəblərini araşdırırlar.
Oxu.Az xəbər verir ki, Qazaxıstan Hidrobiologiya və Ekologiya İnstitutunun direktoru Nurqali Baymukanovun TASS-a verdiyi məlumata görə, mütəxəssislər ilk dəfədir bu qədər ölü suiti qeydə alırlar.
Agentliyin həmsöhbəti qeyd edib ki, heyvanların ölüm səbəblərini hələ də dəqiq açıqlamaq mümkün deyil.
"Tələfatın səbəbini tapmaq üçün çoxlu sayda tədqiqatlar aparmaq lazımdır. Bunun səbəbləri çirklənmə, seysmik fəaliyyət şəklində təbii fəlakətlər ola bilər. Heyvanlarda ölümlə nəticələnə biləcək virusların olub-olmadığını öyrənəcək virusoloqlar da öz sözünü deməlidirlər", - deyə Baymukanov bildirib.
O qeyd edib ki, ölmüş suitilərin kiçik bir hissəsində zədələnmə əlamətləri var, lakin mütəxəssisin fikrincə, bu, ölüm səbəbləri barədə nəticə çıxarmağa əsas vermir.
Seçilən
17
50
oxu.az

10Mənbələr