...Yekaterinburqun Leninski Rayon Məhkəməsi yerli sakini 12 bankı qarət etdiyinə görə, ciddi rejimli koloniyada 8 ilə yaxın həbs cəzasına məhkum edib.
SİA xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti prokurorluğunun mətbuat xidməti Telegram kanalında məlumat yayıb....Təqsirkar 7 il on ay müddətinə azadlıqdan məhrum edilib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzalandırılıb, - məlumatda deyilir.
Müəyyən edilib ki, həmin şəxs 2015-ci ildən 2023-cü ilə qədər 12 bank filialına qarşı quldurluq edib.
Bütün bu müddət ərzində o, kredit təşkilatlarından 39,8 milyon rubldan çox pul çıxarıb.
O, əməkdaşları tapançaya oxşayan əşya ilə hədələyib.
Qeyd olunur ki, məxfilik üçün həmin şəxs saqqal uzadıb, gün eynəyi və maskadan istifadə edib. O, ötən ilin martında saxlanılıb.
Əli Babayev