AZ

COP29-un Yaşıl Zonasının açılış günündə dayanıqlılıq mövzusuna dair tədbir keçirilib

Bakı. Trend:

COP29 Sədrliyi tərəfindən təşkil edilən, həmçinin icmalarıniştirakı, yaşıl keçid, texnoloji həllər və qlobal əməkdaşlığıehtiva edən Yaşıl Zona beynəlxalq iqlim konfransının ilk günündəqapılarını ziyarətçilərə açaraq, konfrans müddətində keçiriləcəksilsilə tədbirlərin ilk buraxılışını təqdim edib.

Trend xəbər verirki, proqramın ilk günündə COP29 Azərbaycan Əməliyyat Şirkətitərəfindən təşkil edilən tədbir iqlim fəaliyyəti və karbonneytrallığı mövzusundaolub.

“Xalis sıfır karbon emissiyası istiqamətində: COP29-un dayanıqlıgələcək naminə tərəfdaşlıqları” mövzusunda maraqlı tərəfləri biraraya gətirən bu tədbirdə COP29-un iqlim fəaliyyəti üzrətəşəbbüsləri müzakirə edilib. COP29 Azərbaycan Əməliyyat ŞirkətininKoordinasiya Şurasının üzvü Ayan Nəcəf, iqlim dəyişmələri və yaşılmaliyyələşmə üzrə beynəlxalq təcrübəli COP29-un dayanıqlılıq üzrəməsləhətçisi Marina Olşanskaya, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətisədrinin müavini Sabit Zeyniyev, elektrik və elektron istehsalsənayesində zəngin iş təcrübəsinə malik mütəxəssis Rüstəm Qasımov,Yeni Zelandiyadan olan xeyriyyəçi və karbon bazarları üzrə ekspertDeyv Rozun iştirak etdiyi müzakirə sessiyasında tullantılarındüzgün idarə edilməsi, bərpa olunan enerji həlləri, ekolojicəhətdən təmiz texnologiyalar, istixana effekti yaradan qaz (İXQ)emissiyalarının azaldılması kimi mühüm mövzular müzakirəolunub.

Tədbir zamanı auditoriya dayanıqlılıq təşəbbüslərinin ərsəyəgətirilməsi və tətbiqi istiqamətindəki ortaq səylər barədəməlumatlandırılıb, həmçinin COP29-un daha yaşıl və dayanıqlıresurslardan səmərəli şəkildə istifadə edən dayanıqlı tədbiretalonu kimi mövqeləndirilməsinə necə dəstək vermələri barədəmüzakirələri dinləyiblər.

Qeyd edək ki, COP29 konfransının ilk günündə fərqli şirkətlərtərəfindən keçirilən biomüxtəlifliyin qorunması, bərpa olunanenerji sahəsində innovasiyalar, iqlim ədaləti və dayanıqlılıquğrunda mübarizədə nəsillərarası əməkdaşlıq, ali təhsilin iqlimdəyişmələrinə qarşı mübarizədə həlledici rolu və bu kimi digərmövzuları əhatə edən müzakirə və seminarlar eyni zamanda dinamik“Extreme Hangout” sahəsində təşkil olunan performans və interaktivsessiyalarla və ümumilikdə Yaşıl Zonanın pavilyon sahələrindəkiaktivliklərlə müşaiyət olunub.

COP29 Yaşıl Zonada qarşıdakı günlərdə də fərqli formatlardatədbirlərin keçirilməsi planlaşdırılıb. Belə ki, 22 noyabrtarixinədək COP29 rəsmi tərəfdaşları ilə əməkdaşlıq formatında birsıra mövzularda panel diskussiyaları təşkil ediləcək və butədbirlərdə iqlim və dayanıqlılıq sahəsinin aparıcı ekspertləri vətanınmış simaları iştirak edəcək.

Xatırladaq ki, COP29 Yaşıl Zona iqlim məsələləri ilə bağlımüxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri,media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyətiinstitutları və rəsmi Mavi Zona nümayəndələrinin daxil olduğu genişiştirakçı auditoriyasının bir araya gəldiyi məkandır. İqlimfəaliyyəti ilə yaxından tanış olmaq istəyənlər Yaşıl Zonayabiletləri iTicket platforması vasitəsilə ödənişsiz əldəedə bilərlər.

Məqalədə:
Seçilən
42
21
az.trend.az

10Mənbələr