AZ

TFF Hakimlər Komitəsinin sədrini yenə dəyişir

Türkiyə çempionatında hakimlikdən narazılıqlar bitmədiyinə görə Türkiyə Futbol Federasiyası yeni radikal addım atmaq qərarına gəlib.

Belə ki, şayiələrə inansaq ən qısa müddətdə Hakimlər Komitəsinin sədri yenidən dəyişəcək. İyuldan bu yana bu vəzifəni icra edən Fərhat Gündoğdu istefaya göndəriləcək və onu bizə də gözəl tanış olan Barış Şimşək əvəzləyəcək.

48 yaşlı Şimşək 2022-dən bu ilin yayına qədər AFFA Hakimlər Komitəsinin sədri vəzifəsini icra etmişdi. Hazırda o, TFF-də UEFA hakim-inspektoru kimi çalışır. Əslən Trabzondan olan Şimşək əvvəlki illərdə TFF-də VAR koordinatoru və hakimlik məsələləri üzrə müdür vəzifələrində də çalışıb. Bu təyinatın həftəsonuna qədər rəsmiləşəcəyi gözlənilir.

ƏLİ

Seçilən
89
football-plus.az

1Mənbələr