AZ

NASA astronavtları kosmosdan videobağlantı ilə COP29 iştirakçılarına müraciət ünvanlayıblar

NASA astronavtları Soni Viliems və Nik Heik Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) kosmosdan videobağlantı ilə müraciət ünvanlayıblar.

"Operativ Media" xəbərinə görə, onlar bildiriblər ki, Yerdə baş verən hadisələr, o cümlədən yanğınlar, qasırğalar planetin dəyişdiyini göstərir.

"Planet hər saniyə dəyişir. Biz göydən baxanda bunu görürük", - deyə qeyd ediblər.

NASA nümayədələri COP29-da iştirak edən bütün tərəflərə, o cümlədən Azərbaycana təşəkkür ediblər:

“Biz planetin gözəlliyinin qorunması üçün səylərə görə təşəkkür edirik. Bizim partnyorlarımız və əməkdaşlarımız məlumatı sizinlə bölüşməyə hazırdır. Bizim missiyamız artan dəniz səviyyəsi, qaz emissiyaları və digər problemlərə kosmosdan baxaraq məlumatları Yerə ötürməkdir", - onlar vurğulayıblar.

Seçilən
38
26
operativmedia.az

10Mənbələr