AZ

Azərbaycan kiçik dövlətlərlə münasibətlərə xüsusi önəm verir- ÖZƏL

"Beynəlxalq münasibətlər sistemində təəssüflər olsun ki, böyük-kiçik söhbəti var. Əksər hallarda kiçik dövlətlərin irəli sürdüyü təkliflər, layihələr böyük dövlətlər tərəfindən qarşılanmır. Bu, onlara maliyyə cəhətdən bu xeyir gətirməyəcəksə, çox da fikir vermirlər. Təəssüflər olsun ki, qlobal əhəmiyyətli layihələr böyük dövlətlərin bir o qədər də marağında deyil".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Bu günlərdə Bakıda COP29 keçirilir. Bu günə qədər keçirilən COP tədbirlərində qəbul edilən qərarların bir çoxu hələki icra edilməyib. Bu, qərarı icra edən, hətta təklifi verən böyük dövlətlər tərəfindən pozulur. Məsələn, dünən iqlim dəyişikliklərinə diqqəti cəlb etmək, balinaların qarşılaşdığı problemi qabartmaq üçün balina maketi ilə aksiya təşkil edilmişdi. Bu "Captain Boomer" əsəridir. Bu gün balina ovu ilə məşğul olan əksərən böyük dövlətlərdir. Dünyada okeanları, təbiəti çirkləndirən əksərən böyük dövlətlərdir. Həmin böyük dövlətlər də bu kimi tədbirlərdə müəyyən mənada çalışırlar ki, nəsə qərar qəbul edilsin. Ancaq öz qəbul etdikləri qərarları elə özləri pozurlar və kiçik dövlətlərin irəli sürdüyü təkliflər də böyük dövlətlər tərəfindən qəbul edilmir. Nəinki kiçik dövlətlərin, heç özlərinin təklif etdikləri, qəbul etdikləri qanunları özləri qəbul etmirlər. 
Bu, bir qədər ev sahibindən də asılı məsələdir. Azərbaycanın kiçik dövlətlərə münasibəti məlumdur. Biz çalışırıq ki, kiçik dövlətlərlə münasibətlərə xüsusi önəm verək. Çünki həmin dövlətlərin birləşdikləri zaman beynəlxalq siyasətdəki mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycanın son zamanlarda Afrika, Okeaniya ölkələri ilə münasibətində xüsusi irəliləyiş var. Avropanın, Asiyanın, Latın Amerikasının kiçik dövlətləriylə Azərbaycanın münasibətləri yüksələn xəttlə inkişaf edir və bu da Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə bağlıdır. İndi COP29-da da həmin dövlətlərin aktiv şəkildə iştirakını görürük. Birinci şəxslərin timsalında iştirak edirlər və tədbir boyu onlar müxtəlif təkliflər verəcəklər. Azərbaycan çalışacaq ki, həmin ölkələrin verdikləri təkliflər həyata keçirilsin və gələcəkdə də Azərbaycan COP29-a ev sahibliyi müddətində çalışacaq ki, Bakıda qəbul edilən qərarların icrasına beynəlxalq səviyyədə nail olunsun. Bununla bağlı dövlətimiz öz üzərinə qlobal öhdəlik götürüb. Bu, çox böyük və insanlığın, təbiətin qorunması baxımından çox əhəmiyyətli bir məsuliyyətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
olaylar.az

1Mənbələr