AZ

Tramp kabinetinə daxil etmək istədiyi adları açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin yeni seçilən Prezidenti Donald Tramp kabinetində vəzifəyə təyin etmək niyyətində olduğu adları açıqlamağa başlayıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Tramp seçki kampaniyasının iki direktorundan biri olan Syuzen Sammeroll Uaylsı Ağ Ev Administrasiyasının rəhbəri elan edib.
Həmçinin Florida Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından nümayəndəsi Mayk Uoltsun Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri, respublikaçı konqresmen Elis Stefanikin isə Birləşmiş Millətlər Təşkilatının səfiri vəzifəsinə namizədliyini irəli sürüb.
Donald Tramp eyni zamanda Təhsil Nazirliyini bağlayacağını və departamentin resurslarını ştatlara yönəldəcəyini bildirib.
Seçilən
42
50
oxu.az

10Mənbələr