AZ

COP29-un açılış mərasimi xoş təəssürat yaratdı - ÜST-nin baş direktoru

Bakı. Trend:

COP29-un açılış mərasimi xoş təəssürat yaratdı.

Trend xəbər verir ki, bunuÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros AdhanomQebreyesus Bakıda keçirilən COP29 konfransı çərçivəsindəjurnalistlərə bildirib.

"Mən tədbirə bu səhər gəldim və artıq gördüklərimdən çoxtəsirləndim: möhtəşəm açılış mərasimi keçirildi, indi isə dünyaliderləri çıxış edir. Xoşdur ki, səhiyyə məsələlərinə daha çoxdiqqət yetirilir. Çünki hər zaman vurğuladığımız kimi, iqlimböhranı eyni zamanda sağlamlıq böhranıdır", - deyə o bildirib.

Qebreyesus gələcək illər üçün səhiyyə baxımından təhlildəndanışıb və çox şeyin bizdən asılı olduğunu vurğulayıb.

"Təhlil belədir: hər şey bizim əlimizdədir. Əgər hazırlaşsaq,əlimizdən gələni etsək, qarşısını almaq üçün çox sayda tədbir görəbilərik. Hər şey bizim əlimizdədir, və əgər hərəkət edər,hazırlıqlı olar və qarşısını alarsaq, bu baş verməyəcək", - deyə oəlavə edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
17
3
az.trend.az

4Mənbələr