AZ

Britaniya hökuməti dünyanın iqlim böhranında kritik bir nöqtədə dayandığını qəbul edir - Baş nazir

Bakı. Trend:

COP29-dayam, çünki Britaniya hökuməti dünyanın iqlim böhranındakritik bir nöqtədə dayandığını qəbul edir.

Trend xəbərverir ki, bu sözləri COP29-da iştirak edən Britaniyanın Baş naziriKir Starmer keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinəgörə, Böyük Britaniya 2035-ci ilə qədər emissiyaları 81 faizazaltmağı hədəfləyir. O, iqlim böhranına qarşı mübarizənin millitəhlükəsizlik üçün əhəmiyyətini vurğulayıb. Baş nazir deyib ki,iqlim təhlükəsizliyi olmadan milli təhlükəsizlik, iqtisaditəhlükəsizlik və qlobal təhlükəsizlik mümkün deyil.

“Buna görə də biz bu COP-da bütün tərəfləri yenidən öz iddialıhədəflərini irəli sürməyə çağırmaq fürsətini dəyərləndirdik”,- deyəKir Starmer qeyd edib.

Kir Starmer deyib ki, iqlim tədbirləri investisiya, daha yaxşıiş yerləri və gələcəyin texnologiyasını inkişaf etdirmək üçün birfürsətdir. Baş nazir əlavə edib ki, bu, gələcək onilliklər ərzindəbütün xalqların rifahını təmin etmək imkanıdır. O deyib ki, bunlarBöyük Britaniya hökumətinin maraqlandığı məsələlərdir.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
41
5
az.trend.az

8Mənbələr