AZ

Çində bir nəfərin avtomobili yürüş iştirakçılarına sürməsi nəticəsində 35 nəfər ölüb

Çində bir nəfərin avtomobili yürüş iştirakçılarına sürməsi nəticəsində 35 nəfər ölüb

Çinin Quandun əyalətində bir nəfərin avtomobili yürüş iştirakçılarının üzərinə sürməsi nəticəsində 35 nəfər ölüb, 43 nəfər yaralanıb.Yerli polis bölməsinin verdiyi açıqlamaya görə, insident dünən axşam saatlarında Siancou şəhərinin mərkəzi rayonundakı idman kompleksində baş verib. Bir şəxs özünün SUV tipli avtomobilini açıq havada gəzən piyadaların üzərinə sürüb, nəticədə 35 nəfər ölüb, onlarla piyada yaralanıb.Bildirilib ki, 68 yaşlı kişi sürücü tutulub və hadisə ilə bağlı istintaq davam edir.Hadisə bu gün şəhərdə başlayan Cuhay Airshow (Airshow China) öncəsi baş verib.Hadisə ilə bağlı Çin sosial mediasında yazılan yazılara senzura qoyulsa da, hələlik rəsmi açıqlama verilməyib.Mənbə: AA

Seçilən
55
afn.az

1Mənbələr