Bakı. Trend:
Bu gün ABŞ neft-qaz sənayesində emissiya vergisinitəsdiqlədi.
Trend xəbər verir ki, bunuABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri ConPodesta Bakıda COP29 çərçivəsində keçirilən CO2 olmayan metan vədigər istixana qazları üzrə Sammitdə çıxışı zamanı bildirib.
"ABŞ hələ də 2050-ci ilə qədər bütün istixana qazlarının sıfıremissiyalarına nail olma hədəfinə sadiqdir və ümid edirik ki, digərölkələr də bizim nümunəmizi izləyərək bütün istixana qazları üçünöz hədəflərini müəyyən edəcəklər. Son 4 il ərzində ABŞ metan vəqeyri-metan istixana qazlarının emissiyalarını əhəmiyyətli dərəcədəazaltmaqda irəliləyiş əldə edib.
Keçən il biz metan emissiyalarını 80 faiz azaldacaq yenitənzimləməni açıqladıq ki, bu da bizim ən böyük metan mənbəyimizolan neft-qaz sektoruna aiddir. Bugün isə ABŞ, Baydenininflyasiyanı azaldan qanununa əsasən, neft-qaz sənayesində emissiyavergisini təsdiqlədi. Bu qanunla, 2026-cı ilə qədər metanemissiyaları üçün böyük emitentlərə verilən ödəniş 1500 dollarolacaq", - deyə C.Podesta qeyd edib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.