AZ

İngiltərə Premyer Liqasında tarixin ən pis hücumçuları - TOP10

Nüfuzlu "GiveMeSport" internet nəşri İngiltərə Premyer Liqasının tarixinin ən pis 10 hücumçusunun reytinqini dərc edib.

Qaynarinfo xəbər verir ki. Premyer Liqa tarixinin ən pis hücumçusu "Arsenal"ın yetirməsi və "Kristal Pelas"ın futbolçusu Yaya Sanoho kimi tanınıb. Yaya keçirdiyi 21 matçın böyük əksəriyyətini "Kristal Pelas"da keçirib və bu oyunlarda heç bir nəticə əldə edə bilməyib.

İkinci yerdə əvvəlcə "Sanderlend"in 9 milyon funt-sterlinqə satın aldığı Kozi Altidore qərarlaşıb. Daha sonra o, "Hall Siti"də də oynayıb. Onun İngiltərədəki statistikası təsir edicidir: 70 liqa oyununda 2 qol və 8 məhsuldar ötürmə.

Reytinqdə ilk üçlüyü "Çelsi", "Uiqan" və "Blekbern"in sabiq futbolçusu Franko Di Santo qapayıb. Hətta Dieqo Maradona ilə müqayisə edilən argentinalı 122 liqa matçında cəmi 14 qol vurub və 9 məhsuldar ötürmə edib.

Premyer Liqa tarixinin ən pis 10 hücumçusu:

1. Yaya Sanoho ("Arsenal", "Kristal Pelas")
2. Kozi Altidore (Sanderlend, Hull Siti)
3. Franko Di Santo ("Çelsi", "Uiqan", "Blekbern")
4. Co ("Man Siti", "Everton")
5. Frensis Ceffers (Arsenal, Everton, Çarlton, Blekbern)
6. Andriy Voronin ("Liverpul”)
7. Mido ("Tottenhem", "Uiqan", "Vest Hem")
8. Roberto Soldado (Tottenhem)
9. Afonso Alves ("Middlesbro”)
10. Radamel Falkao ("Mançester Yunayted”, "Çelsi”).

Aydın
Seçilən
56
43
qaynarinfo.az

10Mənbələr