AZ

Yaponiyadan çip və süni intellekt üçün 65 milyard dollarlıq təşviq paketi

Yaponiyanın baş naziri Şigeru İşiba ölkənin yarımkeçiricilər və süni intellekt sənayesinə 65 milyard dollardan çox dəstək vəd edib.

Marja.az xəbər verir ki, İşibaya görə, 2030-cu ilə qədər sənayeyə 10 trilyon yendən (65 milyard dollar) çox dövlət yardımı ediləcək və 10 il ərzində çiplərə cəmi 50 trilyon yen dövlət və özəl sərmayə yatırılacağı proqnozlaşdırır.

Bloomberg tərəfindən görülən paketin layihəsinə görə, təxminən 4 trilyon yen dəyərində əvvəllər nəzərdə tutulmuş vəsaitlərdən ayrı olan yeni maliyyələşdirmə, təxminən 160 trilyon yen iqtisadi təsir yaratmağı hədəfləyən iqtisadi stimullaşdırma paketinə daxil ediləcək.

Əlavə maliyyə vəsaiti Yaponiyaya çip dəstəyi üzrə qlobal güclə irlə fərqi azaltmağa kömək edəcək. ABŞ süni intellektlə işləyən yarımkeçiricilərdə Çini qabaqlamaq üçün yarışır. Bu sahə indi siyasətçilərin iqtisadi təhlükəsizlik üçün zəruri hesab etdikləri sahəyə çevrilib.

 

Seçilən
34
50
marja.az

10Mənbələr