AZ

Qırğızıstan COP29-da qlobal birliyə və iqlimin maliyyələşdirilməsinin artırılmasına çağırıb

Bakı. Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov iqlim dəyişikliyi ilə bağlıvahid qlobal fəaliyyətə və inkişaf etməkdə olan ölkələri iqlimproblemlərinin həllində dəstəkləmək üçün innovativ maliyyələşdirməmexanizmlərinə çağırıb.

Trend xəbərverir ki, o, bu çağırışı Bakıda keçirilən COP29 sammitində çıxışızamanı edib.

İqlim dəyişikliyi ilə bağlı kəskin problemlər fonunda S.Japarovgeosiyasi fərqlərdən asılı olmayaraq ölkələrin iqlimtəşəbbüslərinin həyata keçirilməsində əməkdaşlıq etməsininvacibliyini vurğulayıb. "Biz iqlim dəyişikliyi ilə mübarizədəbirləşməliyik", - deyı o bildrib və Paris Sazişinin məqsədlərinəçatmağın əlaqələndirilmiş qlobal səy tələb etdiyini vurğulayıb.

O, Qırğızıstanın yeni iqlimin maliyyələşdirilməsi məqsədinidəstəklədiyini ifadə edərək, inkişaf etmiş ölkələri inkişaf etməkdəolan ölkələrə iqlim dəyişikliyi yardımını 2 trilyon dollaraçatdırmağa və bu fondlara çıxışı yaxşılaşdırmağa çağırıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
48
2
az.trend.az

3Mənbələr