AZ

Bu ölkə yığmasının iki futbolçusuna Britaniya vizası verilmədi

Böyük Britaniya iki belaruslu futbolçuya - Vitali Lisakoviçlə Valeri Boçerova viza verməkdən imtina edib. 

Fanat.Az xəbər verir ki, məlumatı "Sport5.by" yayıb.

Kalininqrad “Baltika”sının və Belarus millisinin hücumçusu Lisakoviç  xəbəri təsdiqləyib: “Mənə viza vermədilər, mən nə edə bilərəm? Bəzən belə hallar olur”.

Qeyd edək ki, Lisakoviç və Yekaterinburq “Ural”ında çıxış edən Boçerov Millətlər Liqasında Şimali İrlandiya ilə oyunda iştirak etmək üçün Belarus millisinə çağırılıb. Bu görüş noyabrın 15-də Belfastda baş tutacaq.

Mirağa

Seçilən
26
fanat.az

1Mənbələr