AZ

Fransa millisinin sabiq üzvü həbs olunacaq

Fransa millisinin sabiq üzvü Vissam Ben Yedder cinsi təcavüzdə şübhəli bilinərək şərti qaydada 2 il 6 ay həbs cəzası alıb. 

Bizim.Media “RMC Sport” agentliyinə istinadən xəbər verir ki, son mövsümü ölkəsinin “Monako” klubunda keçirən futbolçu 6,5 min avro məbləğində təzminat ödəməklə şərti 2 il yarım cəzaya məhkum olunub. 

O, istirahət zamanı 21 yaşlı qıza qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib.

Ben Yedder 2023-cü ildə də eyni cinayətə görə polis tərəfindən saxlanılmışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
5
7
bizim.media

8Mənbələr