AZ

Orban: "Macarıstan istixana emissiyalarını 50 faiz azaltmağı hədəfləyir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İri korporasiyalar iqlimin qorunmasına töhfə verməlidir, Macarıstanın məqsədi istixana qazı emissiyalarını 50% azaltmaqdır".
"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən COP29 liderlərinin sammitində Macarıstanın Baş naziri Viktor Orban bildirib.
"Biz şirkətlərin və fermerlərin qarşısına qeyri-real hədəflər qoya bilmərik. Biz onlara əməli dəstək təklif etməliyik. "Yaşıl" keçid və iqlim dəyişikliyi ilə mübarizə işgüzar dairələrə qarşı yönəlməməlidir. Əksinə, bu proses qarşılıqlı olmalıdır, maliyyə təminatları olmalı, əhəmiyyətli investisiyalar yatırılmalıdır. İri korporasiyalar iqlimi qorumaq üçün öz töhfələrini verməlidirlər", - Orban deyib.
Onun fikrincə, qlobal iqlim siyasəti ideoloji mülahizələrə və ya həyəcan təbili çalmağa deyil, sağlam düşüncəyə əsaslanmalıdır.
"Həmçinin Macarıstan vətəndaşlarının maraqlarını nəzərə almaq lazımdır. Biz enerjinin saxlanması, elektrik nəqliyyat vasitələrinin inkişafının mühüm iştirakçısıyıq, onun payını 70%-ə çatdırırıq", - Orban xatırladıb.
Macarıstan baş naziri ölkəsinin şərqdən qərbə enerji tranzitində əsas rol oynadığını vurğulayıb.
O əlavə edib ki, Macarıstan iqlimin qorunması məsələlərinə görə Aİ ölkələri arasında liderdir. "Biz tullantıları azaldırıq. Gələcəklə bağlı qarşımıza iddialı hədəflər qoyuruq. Məqsədimiz istixana qazlarının emissiyarını 40% yox, 50% azaltmaqdır", - Macarıstanın Baş naziri fikrini tamamlayıb.
Seçilən
9
11
oxu.az

10Mənbələr