AZ

Dörd dəfə “Qarabağ”ın oyununu idarə etmiş hakim Azərbaycan millisinin görüşünə təyinat alıb

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının C Divizionunda Estoniya yığması ilə keçirəcəyi V tur oyununun hakim təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Con Biton olacaq. Bu referi daha əvvəl 4 dəfə “Qarabağ”ın avrokubok matçlarına, bir dəfə Azərbaycanın U-19, bir dəfə isə U-21 yığmasının oyunlarına təyinat alıb. O, sonuncu dəfə Ağdam klubunun UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda Bakıda “Ayaks”a 0:3 hesabı ilə uduzduğu matçda iş başında olub. 42 yaşlı referi həmin qarşılaşmada “Qarabağ”ın 2 futbolçusuna – Julio Romao ilə Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərib.

Azərbaycan – Estoniya oyununda C.Bitona yan xətt hakimləri Daniel Makfarleyn və Devid Makqiçi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Metyu Makdörmid yerinə yetirəcək.

VAR hakimi Endryu Dallas, onun köməkçisi Nikolas Uolş olacaq. Hakimlərin işinə albaniyalı Albano Yanko qiymət verəcək. UEFA nümayəndəsi polşalı Eva Qayevska təyin edilib.

Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Seçilən
56
46
xalqqazeti.az

10Mənbələr