AZ

"Qreta, məktəbə qayıt və ağzını yum!"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qan Turalı yazır...
İqlim sahəsindəki fəallıq eynilə LGBT, heyvan hüquqları, ya da vegetarianlıq sahəsində olduğu kimi öz məqsədlərindən uzaqlaşıb, bir növ fanatizm, radikalizm vasitəsinə çevrilib. Bu fəallar bir çox hallarda problemə diqqət çəkmək əvəzinə onu həllolunmazlıq çərçivəsinə salmaqla məşğuldurlar. Misal üçün, bu tipli LGBT üzvləri az qala hamını öz üzvləri olmağa çağırır, hetereseksualları öz cinsi oriyentasiyasından utanmağa məcbur edirlər. Həmçinin də vegetarianlar, ət yeyən insanları "ölü əti yeyən" adlandırır və bununla da öz ideyalarını faşistcəsinə müdafiə edirlər.
Bir neçə gün bundan qabaq supermarketlərin birində bu kontekstdə maraqlı bir hadisə ilə rastlaşdım. Su alıb ödəniş etmək üçün növbədə dayandım. Növbədə məndən qabaqda bir qız, bir də oğlan vardı. Bu zaman bir qadın arxadan gəlib bizi keçdi, əlindəki qutunu piştaxtaya qoyub eynilə belə dedi: "Pişiklər üçün alıram". Növbədəkilər təəccüblə ona baxdılar, o isə saymazyana şəkildə pulu ödəyib getdi. Kassirin də təəccüblü baxışlarını bura əlavə etsək mənzərə tamamlanacaq.
Pişik üçün yem almaq insanların növbəsini dolayısı ilə hüquqlarını pozmaq üçün əsas ola bilərmi? Bu, son dərəcə adi bir həqiqətdir. Bir adam iti üçün yemək alırsa o növbəni poza bilərmi? Eyni zamanda növbədə iti üçün və pişiyi üçün yemək alan müştəri varsa, üstünlük hansına verilməlidir? Balıq yemi alanlar üçün də bir istisna nəzərdə tutulubmu?
COP29-un Azərbaycanda keçiriləcəyi dəqiqləşdikdən sonra iqlim fəallarının da Azərbaycanla bağlı ittihamları daha radikal səviyyəyə keçdi. Noyabr ayının 11-də Tbilisi şəhərində aksiya keçirən məşhur iqlim fəalı Qrete Tunberq Azərbaycanı ermənilərə, ukraynalılara, kürdlərə və digər etnik qruplara qarşı müharibə və etnik təmizləmə aparmaqda ittiham edib.
Doğrudan da ən adi bir zəka səviyyəsində belə bütün bu ittihamların absurd olduğu görünür. Bəlkə biz bilmirik deyə bu sualı "Chat GPT"yə verdim.
- Azərbaycan ukraynalılara qarşı hansı etnik təmizləmə siyasəti aparır?
Süni intellektin isə cavabı belə oldu: "Azərbaycan hökuməti ukraynaəsilli vətəndaşlara qarşı hər hansı etnik təmizləmə siyasəti həyata keçirmir. Əksinə, Azərbaycan Ukrayna ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinə malikdir və ölkədə yaşayan Ukrayna icmasına qarşı tolerant və hörmətli yanaşma sərgiləyir".
Süni intellektin - "ChatGPT"nin iqlim fəalından daha ağıllı olduğunu müşahidə edirik. Yeri gəlmişkən, Ukrayna prezidenti ilə yanaşı İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzani COP29-da iştirak edir.
Ermənilərə gəldikdə, onlara da dəvət göndərilib. Qarabağda isə heç bir etnik təmizləmədən söhbət gedə bilməz. Bəli, Qarabağda etnik təmizləmə olub, bu, 30 ildən çox davam edib və azərbaycanlılara qarşı həyata keçirilib. Eləcə də Azərbaycanın işğal edilmiş ərazilərində ekoloji vəziyyət fəlakət həddinə çatıb.
Kürdləri öz yerlərindən qaçqın salanların erməni silahlı birləşmələri olduğu, hətta bir qisim kürdün Ermənistan Respublikasından da qovulduğunu Qreta çox güman ki, bilmir. Ancaq onun bu faktları bilməməyi Azərbaycan əleyhinə kampaniya aparmağına mane olmur.
Məşhur ingilis aparıcı isveçli Qreta Tunberqi "təhlükəli və dəli" adlandırdıqdan sonra ona belə bir məsləhət görmüşdü: "Məktəbə qayıt və ağzını yum!"
Qreta doğrudan da orta məktəbdən uzaqlaşmışdı. 2023-cü ildə yenidən orta məktəbə qayıdan Qretanın öyrənəcəyi şeylər hələ də çoxdur...
Seçilən
53
50
oxu.az

10Mənbələr