AZ

İranın vitse-prezidenti Bakıda: "Unutmayaq ki, hazırda dünyada hökm sürən..."

"İran beynəlxalq ictimaiyyəti iqlim maliyyələşməsinə ədalətli və ayrı-seçkilikdən azad çıxışı təmin etməyə çağırır".

"Bundan başqa, bu sahədə milli fəaliyyət planı hazırlanıb, elektrik stansiyalarının digər yanacaq mənbələrinə keçirilməsi, neft-qaz sektorunda emissiyaların azaldılması, günəş və külək enerjisi kimi bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı layihələr həyata keçirilir", - vitse-prezident qeyd edib.

"Unutmayaq ki, hazırda dünyada hökm sürən iqlim vəziyyəti bir neçə inkişaf etmiş dövlətin həyata keçirdiyi sənaye siyasətinin nəticəsidir. İnkişaf etməkdə olan ölkələr başqalarının etdiklərinə görə inkişaf hüququndan məhrum olmamalıdır. Biz ikili standartları görməməzlikdən gələ bilmərik. Bütün dövlətlər ümumi məqsədlərimizə nail olmaq üçün birləşməlidir", - o bildirib(Report).

Seçilən
47
8
mia.az

9Mənbələr