AZ

COP29 çərçivəsində "Eko-Kolonializm: müstəmləkəçilik və neo-kolonial istismarın ekoloji mirası" adlı tədbir keçirilib (FOTO)

Bakı.Trend:

Bu gün COP29 çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ)təşkilatçılığı ilə "Eko-Kolonializm: müstəmləkəçilik vəneo-kolonial istismarın ekoloji mirası" adlı tədbir keçirilib.

Trend xəbər verir ki,tədbirin natiqləri müstəmləkəçi dövlətlərin uzun illərdir əsarətaltında saxladığı ərazilərdə təbiətə verdiyi ziyanın miqyasınınmüəyyənləşdirilməsi istiqamətində aparılan işlər, xüsusilə dəekoloji baxımdan istismara məruz qalan bu ərazilərdə törədilənekoloji cinayətlərə diqqəti cəlb ediblər.

Tədbirdə Fransa və Niderland müstəmləkəsi altında olan xalqlarınnümayəndələri ölkələrindəki cari vəziyətdən danışıblar. Həmçinin,müstəmləkə ərazilərində müstəmləkəçı güclərin dənizaşırı ərazilərdəresursların qeyri-qanuni istismarını, meşələrin qırılması,torpaqların çirklənməsi, o cümlədən Fransız Polineziyasında Fransatərəfindən həyata keçirilən nüvə sınaqlarının ekoloji fəsadlarınınhələ də qalması və təsirə məruz qalmış əhaliyə Fransa tərəfindənkompensasiyanın hələ də ödənilməməsi, Qvadelupda xlordekonmaddəsindən istifadə nəticəsində təbiətin çirklənməsi və onun yerliəhalinin səhhətinə vurduğu ciddi ziyanlar, Yeni Kaledoniyada nikelyataqlarının istismarı, o cümlədən Mayotun istismarı nəticəsindəmüxtəlif xəstəliklərin yayılması müzakirə edilib.

Spikerlər Dənizaşırı ərazilərdə iqlim dəyişikliklərinin dahafəsadlı olmasını kolonializm ilə əlaqələndirmiş, Fransa vəNiderlanddan yerli xalqların tələblərinə əməl etməyi tələbediblər.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP29
COP29
Seçilən
74
1
az.trend.az

4Mənbələr