AZ

Qarabağ və Şərqi Zəngəzurda atılan addımlar Azərbaycanın təmiz enerji keçidində liderliyini gücləndirir – Nazir

Bakı. Trend:

Bizim Qarabağda, Şərqi Zəngəzurda və Naxçıvanda atdığımızaddımlar yalnız Azərbaycanın emissiyaların azaldılması üzrəhədəflərinə xidmət etmir, həm də təmiz enerji keçidindəliderliyimizi gücləndirir.

Trend xəbər verir ki, bubarədə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbiisərvətlər naziri Muxtar Babayevin COP29 çərçivəsində keçirilən “COPsədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahıngələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbiriştirakçılarına müraciətində bildirilib.

Müraciəti Azərbaycan Respublikasının xarici işlər nazirininmüavini və COP29-un baş müzakirəçisi Yalçın Rəfiyev oxuyub.

"Azərbaycan Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan kimi əsasbölgələri təmiz enerji zonaları kimi müəyyən edib. Bu ərazilərdəgünəş və hidroenergetika daxil olmaqla, bərpa olunan enerjimənbələri üçün əhəmiyyətli potensial mövcuddur. Bu bölgələrdəkisəylərimiz yalnız Azərbaycanın emissiyaların azaldılmasıhədəflərinə töhfə vermir, həm də təmiz enerji keçidindəliderliyimizi gücləndirir. Biz bu layihələrə aktiv şəkildəinvestisiya yatırır, beynəlxalq maraq və əməkdaşlıq cəlb edirik", -müraciətdə bildirilir.

Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri(COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30)daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
47
2
az.trend.az

3Mənbələr